Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Xarici görünüşünə görə onlar adi tüfəng patronlarından az fərqlənir. Lakin onların “nüvəsi”nin bir xüsusiyyəti var: burada 50 metrdən 100 metrədək məsafədə kiçik pilotsuz uçuş aparatlarını vurmaq üçün nəzərdə tutulmuş çoxsaylı xırda elementlər yerləşdirilib.
“Drone Round”un zərbə gücü sursatın çoxyüklülüyü və NATO standartlı sursatın gücünün birləşməsidir. Bu güc ov tüfənginin gücündən iki dəfə artıqdır. Hətta bir kiçik sursat da pilotsuz uçuş aparatını məhv etmək üçün kifayət edə bilər. Buna NATO hücum tüfənginin atəş sürətini (dəqiqədə 950 atəşədək, növbəli atəş zamanı isə dəqiqədə 90 atəşədək) də əlavə etmək lazımdır.
Real döyüşə gəlincə, piyada bölməsinə yalnız daraqları dəyişmək kifayətdir. Bundan sonra onlar yaxınlaşan pilotsuz uçuş aparatları üzərinə atəş yağdıra bilərlər.
Sevinc Əliyeva
Ordu.az