“Tasnim”: Bu günlərdə saxlanılan “Epaminondas” gəmisi ABŞ hərbçiləri ilə əməkdaşlıqda şübhəli bilinir

2026/04/1777092665.jpg
Oxunub: 422     08:46     25 Aprel 2026    
Bu günlərdə İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında “Epaminondas” konteyner gəmisini saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, son altı ay ərzində gəmi ABŞ limanlarına çoxsaylı səfərlər həyata keçirib və xəbərdarlıqlara məhəl qoymamaq, çoxsaylı pozuntulara görə saxlanılıb.

Saxlanılan gəmi ABŞ hərbçiləri ilə əməkdaşlıqda şübhəli bilinir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Epaminondas   ABŞ  


Bizi "telegram"da izləyin