Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
ABŞ Maliyyə Nazirliyi həmçinin Çinin “Hengli Petrochemical (Dalian) Refinery Co., Ltd.” neft emalı zavoduna qarşı sanksiyalar tətbiq edib. Çin neft emalı zavodları İran neft iqtisadiyyatının qorunmasında həyati rol oynamağa davam edir, “Hengli Petrochemical” isə İranın milyardlarla dollar dəyərində neft almış ən böyük müştərilərindən biridir.
Bundan başqa, ABŞ Maliyyə Nazirliyi İranın “kölgə donanması” ilə bağlı təxminən 40 gəmiçilik şirkəti və gəmiyə qarşı sanksiyalar tətbiq edib.
Sevinc Əliyeva
Ordu.az