Pentaqon binasının yaxınlığında iki avtobus toqquşub, qurumun 10 əməkdaşı xəsarət alıb

2026/04/1777092487.jpg
Oxunub: 377     08:39     25 Aprel 2026    
Pentaqon binasının yaxınlığında avtobusların üzbəüz toqquşması nəticəsində 23 nəfər xəsarət alıb. Onların arasında ABŞ Müharibə Nazirliyinin əməkdaşları da var.

Ordu.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Fövqəladə hallar xidmətinin əməkdaşları 18 yaralını xəstəxanalara aparıblar. Beş nəfərə yerində yardım göstərilib.

Xəsarət alan 23 sərnişindən 10-u nazirliyin əməkdaşlarıdır.

Qəza ictimai nəqliyyatın işini bir neçə saatlıq pozub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Qəza  


Bizi "telegram"da izləyin