“Donald Tramp, Vladimir Putin və Si Cinpin Avropanın rəqibləridir” - Makron

2026/04/1777059684.jpg
Oxunub: 507     23:38     24 Aprel 2026    
Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampı Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpinlə eyni sıraya qoyaraq onları “Avropanın rəqibləri olan” dünya liderləri kimi xarakterizə edib.

Ordu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

O, Avropanı fəallaşmağa və dünyadakı təsir imkanlarından istifadə etməyə çağırıb.

“ABŞ prezidentinin, Rusiya prezidentinin və Çin prezidentinin avropalılara qarşı çıxdığı bu məqamın unikal an olduğunu qiymətdən salmaq olmaz”, - deyə Makron bildirib.

Makron uzun müddətdir Avropanı təhlükəsizliyini ABŞ-yə arxalanmadan özü gücləndirməyə çağırır və cümə günü yenidən NATO-nun Avropa hissəsinin gücləndirilməsinə səsləyib.

“İndi 5-ci maddə ilə bağlı şübhələr yaranır”, - deyə Makron bildirib. O, NATO-nun əsas prinsipi olan qarşılıqlı müdafiəni nəzərdə tutub. Həmin prinsipə görə təşkilat üzvləri hücum halında bir-birinə yardım edirlər.

“Bu şübhələr faktiki olaraq alyansın möhkəmliyini zəiflədir”, - deyə Makron bəyan edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Fransa  


Bizi "telegram"da izləyin