Tramp İranda atəşkəs müddətini aprelin 26-dək uzadıb

2026/01/1769008045.jpg
Oxunub: 650     00:02     23 Aprel 2026    
ABŞ İsrailə məlumat verib ki, Prezident Donald Trampın qərarı ilə İranda atəşkəs rejimi aprelin 26-dək uzadılıb.

Ordu.az xəbər verir ki, bu barədə “Ynet” portalı İsrail mənbəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, İsraildə tərəflərin həmin müddətə qədər razılığa gələ biləcəyinə şübhə edirlər. Eyni zamanda, Tramp atəşkəsin uzadılması ilə bağlı rəsmi bəyanat verməyib.

Nəşrin qeyd etdiyi kimi, daha əvvəl ABŞ KİV-ində atəşkəsin davametmə müddəti ilə bağlı qeyri-müəyyən müddətdən “üç-beş günə” qədər bir-birinə zidd məlumatlar yayılmışdı.

Daha əvvəl “New York Post” qəzeti yazmışdı ki, Tramp yaxın bir yarım-üç gün ərzində İranla danışıqların aparılmasını istisna etmir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Atəşkəs  


Bizi "telegram"da izləyin