Putin Kremldə Seyşel adalarının prezidenti ilə danışıqlara başlayıb

2026/04/1776687135.jpg
Oxunub: 358     17:59     22 Aprel 2026    
Kremldə Rusiya lideri Vladimir Putinlə Seyşel Adaları Respublikasının prezidenti Patrik Hermini arasında danışıqlar başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bu, iki ölkə münasibətləri tarixində ilk yüksək səviyyəli görüşdür. Hermini üçün bu, artıq Rusiyaya ikinci səfərdir: o, 2014-cü ildə ölkəyə parlament sədri kimi gəlmişdi.

Tərəflər siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etməyi, həmçinin beynəlxalq və regional problemlərə toxunmağı planlaşdırırlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Hermini  


Bizi "telegram"da izləyin