Ordu.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qurumun açıqlamasında bildirilib ki, 1981-ci il təvəllüdlü Rusiya vətəndaşı Rusiyada qadağan olunmuş Ukrayna ilə əlaqəli hesab olanan təşkilatların maraqları naminə əldəqayırma partlayıcı qurğu vasitəsilə Rusiya Müdafiə Nazirliyinin obyektlərinə bitişik ərazidə partlayış törətməyi planlaşdırıb.
Məlumata görə, təqsirləndirilən şəxs öz təşəbbüsü ilə silahlılarla əlaqə saxlayıb, bundan sonra onların tapşırığı ilə “əldəqayırma partlayıcı qurğudan istifadə etməklə terror aktı” həyata keçirmək məqsədilə Moskvaya gəlib.
Saxlanılan şəxsdən onun kuratoru ilə əlaqə saxladığı smartfon aşkar edilərək götürülüb.
Sevinc Əliyeva
Ordu.az