Ordu.az xəbər verir ki, bu barədə UNİAN-a Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında bildirilib.
Şirreff həmçinin Sırski yanında yeni yaradılmış ARES Hərbi Ekspert Şurasına rəhbərlik edib.
Şuraya tərəfdaş ölkələrdən yüksək rütbəli hərbi ekspertlər, o cümlədən Slovakiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini Pavel Matsko daxil olub.
Aleksandr Sırski bildirib ki, Şirreff artıq şurada praktiki işə başlayıb və hərbi-strateji təhlil daxil olmaqla əsas fəaliyyət istiqamətlərini müəyyən edib.
ARES-in əsas məqsədi Ukrayna və beynəlxalq qabaqcıl təcrübənin mübadiləsi yolu ilə Ukrayna Silahlı Qüvvələrinin inkişafına töhfə verməkdir. Ekspertlər ordunun transformasiyasını, effektivliyinin artırılmasını və idarəetmə sistemində institusional dəyişikliklərin tətbiqini dəstəkləyəcəklər.
Ordu.az