Zelenski yenidən Ukrayna, Norveç, Böyük Britaniya və Türkiyə arasında ittifaq yaratmağa çağırıb

2026/03/1774957324.jpg
Oxunub: 322     11:01     22 Aprel 2026    
Volodimir Zelenski bəyan edib ki, Ukrayna, Norveç, Böyük Britaniya və Türkiyə arasında ittifaq Avropa İttifaqıni dünyada ən təsirli gücə çevirə bilər.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

“Mənim fikrimcə, məğlubedilməz ola biləcək bir ittifaq var, bu, Norveç, Ukrayna, Britaniya və Türkiyənin birliyidir. Avropa İttifaqına məhz bu dörd dövlət çatışmır”, - deyə o bildirib.

Zelenski əlavə edib ki, Ukrayna və Türkiyənin möhkəm münasibətləri var və birlikdə onlar Rusiyadan daha güclü orduya sahib ola bilər, həm Qara dənizi, həm də hava məkanını tam nəzarətdə saxlaya bilərlər.

“Türkiyə ilə bağlı qanunvericilik, islahatlar və Avropa standartları ilə əlaqədar müəyyən qeyd-şərtlər var. Mən bu problemləri bilirəm. Bilirəm ki, Böyük Britaniya Avropa İttifaqından çıxıb, Norveç isə Aİ ilə iqtisadi və sistemli müxtəlif əlaqələrə malikdir. Amma yenə də əminəm ki, bu dörd ölkə Avropa İttifaqını dünyanın ən güclü və ən təhlükəsiz ittifaqına çevirərdi”, - deyə o vurğulayıb.

Eyni zamanda prezident qeyd edib ki, Ukrayna Avropa İttifaqına üzvlüyə alternativ variantlar axtarmır.

“Mən sadəcə hesab edirəm ki, bu dörd ölkə çox güclüdür və Aİ-ni gücləndirə bilər. Amma ayrıca götürüldükdə belə, bu dördlük birmənalı şəkildə çox təsirli birlikdir”, - deyə Zelenski əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin