Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nərşə görə, qondarma “soyqırımı muzey-institutu”nun əməkdaşları döyüşkən əhvalda onun üzünə Edita Qzoyanın qalmaqallı istefası və yeni direktorun təyinatı ilə bağlı narazılıqlarını demək üçün gözləyiblər, lakin görüş baş tutmayıb, çünki Paşinyan muzeyə daxil olmayıb.
“Taşçyan artıq müxtəlif proqramların maliyyəsini azaldıb, beynəlxalq tədbirlərdə iştirakı qadağan edir və bildirir ki, bunun vaxtı deyil. Lakin Paşinyanın səfərindən əvvəl ərazinin təmizliyinə və zibil qablarının boşaldılmasına şəxsən nəzarət edib.
Səfər günü institutun “Jansem” qalereyasında sərginin açılışı da olub, lakin bu da Paşinyanın diqqətini cəlb etməyib”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az