Avropa İttifaqı Gürcüstana qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan edib

2025/12/1764677977.jpg
Oxunub: 379     09:50     22 Aprel 2026    
“Ümumi fikir belədir ki, biz Gürcüstan müxalifətinə qarşı hərəkətlər edən şəxslərə sanksiyalar məsələsini müzakirə edəndə 26 ölkə bizi dəstəklədi və yalnız biri buna qarşı çıxdı”.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib.

“Bu məsələlər üzrə çox yaxşı müzakirə aparıldı. Nəticə etibarilə, biz Gürcü xalqı ilə, o cümlədən Tbilisidən kənarda daha çox işləməliyik ki, onlara Avropa İttifaqının mövcud olduğunu və həqiqətən xoş niyyətə sahib olduğumuzu göstərək.

Amma eyni zamanda Gürcüstan hökumətinə aydın siqnallar göndərməliyik ki, onların seçdiyi istiqamət Avropanın təmsil etdiyi dəyərlərə uyğun deyil. Yeni hökumətlər danışıqlar masası arxasına toplaşanda biz sanksiyalar məsələsinə qayıdacağıq”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Gürcüstan  


Bizi "telegram"da izləyin