“Hraparak”: Paşinyan Gümrünün müqavimətini qırmağa qərar verib

2026/04/1775731371.jpg
Oxunub: 634     09:27     22 Aprel 2026    
“Nikol Paşinyana Gümrüdə uğradığı fiasko rahatlıq vermir və o, bu gün doğma şəhərində yeni isti səhnələr təşkil etməklə Gümrünün müqavimətini qırmağa qərar verib ki, bunun əksini sübut etsin və cəmiyyəti inandırsın ki, 2018-ci ildə öz “inqilab”ına başladığı Gümrü onu rədd etmir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, bazar günü keçirilən avto yürüşdən və Vardanants meydanında uğursuz alınan konsertdən sonra (orada az sayda Şirak sakini iştirak etmişdi) Paşinyan rəsmi səfər planlaşdırıb və bu gün Gümrüdə məktəbin açılışında iştirak edəcək.

“Bizə deyiblər ki, o, əvvəlcədən isti qarşılanma səhnələrinin hazırlanacağı bəzi icmalara da baş çəkəcək ki, əvvəlki səfərdən qalan kədərli təəssüratı “sulasınlar”.

Daha əvvəl yazmışdıq ki, hakimiyyətin öz araşdırmalarına görə, onların mövqeləri Şirak və Lori vilayətlərində zəifdir. Yaxın həftələrdə məhz bu istiqamətdə işləyəcəklər ki, reytinqlərini qaldırsınlar.

Həmçinin Qyulaqarakda etdikləri kimi həbslər də həyata keçirəcəklər ki, insanları qorxudub müxalifəti dəstəkləməkdən çəkindirsinlər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Gümrü  


Bizi "telegram"da izləyin