Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
“Yazmışdıq ki, Penitensiar Xidmətin rəhbərinin göstərişi ilə cəzaçəkmə müəssisələrinə xidmət göstərən din xadimlərinin, xüsusilə keşiş Qriqor Ovannisyanın həbsxanaya girişi qadağan edilib. O, 10 ildən çox müddətdə ömürlük məhkumları ziyarət edib.
Cəzaçəkmə müəssisələrinə təhkim olunmuş din xadimləri uzun illər ödənişsiz əsaslarla xidmət göstəriblər, onlar katolikosun qərarı ilə seçiliblər, Üçmüədzin kilsəsində həbsxanalara xidmət göstərən ayrıca şöbə var. Nikol Paşinyan bu işi kilsənin əlindən almağa, katolikosu daha bir rıçaqdan məhrum etməyə qərar verib”, - deyə nəşr bildirib.
“Hraparak” qeyd edib ki, bir neçə həftə əvvəl xidmətdən fəaliyyət göstərən din xadimləri ilə əlaqə saxlanılıb, onlara pullu əsaslarla müqavilə bağlamaq təklif olunub, beləliklə onları öz tərəflərinə çəkməyə çalışıblar, lakin onlar razılaşmayıblar.
“Bundan sonra Paşinyanın tərəfinə keçən din xadimlərinin yeparxiyalarından olan ruhanilərlə müqavilələr bağlanmağa başlanıb. Onlara nə qədər ödəniləcəyi yaxın vaxtlarda məlum olacaq.
Qeyd olunur ki, hazırda həbsxanaların ruhani müfəttişi Göyçə yeparxiyasının rəhbər əvəzedicisi İshak Poğosyandır və o, hakimiyyətin təklifini ilk rədd edən şəxs olub. Görünür, tezliklə ona əvəzləyici tapılacaq.
Xatırladaq ki, Suren Papikyanın əmri ilə fevralın 1-dən etibarən Silahlı Qüvvələrdə ruhani xidmət əməkdaşlarının Müdafiə Nazirliyi sistemində fəaliyyəti dayandırılıb. Martın 27-də isə Paşinyan Əfv Məsələləri Komissiyasının tərkibinə Masyatsotn yeparxiyasının keçmiş rəhbəri Arman Saroyanı daxil etmişdi”, - deyə nəşr vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az