ABŞ-də 1,8 milyon dollar dəyərində zirehli yük maşını qarət edilib

2026/04/1776833693.jpg
Oxunub: 329     08:40     22 Aprel 2026    
ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində iki silahlı cinayətkar 1,8 milyon dollar dəyərində zirehli yük maşınını qarət edib.

Ordu.az-ın məlumatına görə, bu barədə "6ABC" televiziya kanalı polisdəki mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, hücum aprelin 21-də yerli vaxtla səhər saat 9:45 radələrində baş verib. İki kişi avtomatlarla silahlanmışdılar. Mənbələr onların hadisə yerindən mavi avtomobillə qaçdıqlarını bildiriblər. Polis daha sonra avtomobili başqa bir ərazidə tərk edilmiş vəziyyətdə tapıb.

Qeyd edilib ki, cinayətkarları tutmaq mümkün olmayıb. İstintaqa Federal Təhqiqat Bürosu rəhbərlik edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Zirehli-yük-maşını  


Bizi "telegram"da izləyin