KORKUT 25 həyata keçirilən atış sınaqlarında çoxsaylı pilotsuz uçuş aparatını uğurla məhv edib

2026/04/Ekran-1776789365.jpg
Oxunub: 948     20:31     21 Aprel 2026    
ASELSAN-ın süni zəka dəstəkli yeni nəsil hava hücumundan müdafiə həllərindən KORKUT 25 həyata keçirilən atış sınaqlarında çoxsaylı pilotsuz uçuş aparatını uğurla məhv edib.

Ordu.az xəbər verir ki, ASELSAN-ın süni zəka dəstəkli yeni nəsil hava hücumundan müdafiə həllərindən KORKUT 25 sistemi həyata keçirilən atış sınaqlarında çoxsaylı pilotsuz uçuş aparatını uğurla məhv edərək diqqətçəkən performans nümayiş etdirib.

Türkiyədə keçirilən və 15 müxtəlif ölkədən 100-dən çox yüksək səviyyəli nümayəndə heyətinin qatıldığı atış sınaqlarında sistemin bütün əməliyyat qabiliyyətləri real ssenarilər çərçivəsində sahədə nümayiş olunub. Ucdan-uca təcrübə təqdim edən atış nümayişi çərçivəsində iştirakçı heyətlərə KORKUT 25-in sahədəki effektivliyi geniş şəkildə çatdırılıb.

ASELSAN-ın ilk dəfə bu miqyasda və beynəlxalq iştirakla həyata keçirdiyi atış nümayiş fəaliyyəti KORKUT 25 sisteminin sahədəki effektivliyini birbaşa müşahidə etmək imkanı təqdim edərkən, iştirakçı ölkələr tərəfindən böyük maraq və təqdirlə qarşılanıb.

15 müxtəlif ölkədən 100-dən çox yüksək səviyyəli nümayəndə heyəti KORKUT 25-i araşdırıb.

İcra edilən atış nümayişlərində KORKUT 25 sistemi müasir pilotsuz uçuş aparatı təhdidlərinə qarşı həm fiziki, həm də funksional məhvetmə qabiliyyətlərini sahədə nümayiş etdirib. Fiziki məhvetmə ssenarilərində sistem üzərində yerləşən AESA əsaslı ASELSAN AURA radarı ilə aşkarlanan hədəf pilotsuz uçuş aparatları KORKUT 25 sistemi və ATOM 25 zaman proqramlı ağıllı sursatdan istifadə edilərək havada zərərsizləşdirilib.

Atış sınaqları müddətində əlavə olaraq sistemin süni zəka dəstəkli aşkarlama və tanıma qabiliyyətləri, müxtəlif effektorlarla inteqrə edilmiş nişanalma qabiliyyəti və çoxtəbəqəli müdafiə yanaşması çətin ssenarilərdə sınaqdan keçirilib.

KORKUT-un qoşqulu variantı da təqdim edilmişdi

IDEF 2025 çərçivəsində ASELSAN KORKUT hava hücumundan müdafiə sisteminin yeni variantını təqdim etmişdi. Bu çərçivədə daha əvvəl SAHA EXPO 2024 zamanı elan edilən və 25 mm-lik ATOM sursatı istifadə edən KORKUT 25-in qoşqulu variantı ilk dəfə IDEF 2025-də nümayiş etdirilmişdi.

Müasir döyüş meydanlarında getdikcə artan miniatür və mikro pilotsuz uçuş aparatı təhdidlərinə qarşı hazırlanmış sistem 25 mm-lik topu, avtomatik atəş idarəetmə alqoritmləri və müasir taktiki ehtiyaclara uyğun mobil platforma quruluşu ilə diqqət çəkir.

Sistemin mərkəzində ATOM sursatı adlandırılan, proqramlaşdırılan qəlpəli sursatları atan 25 mm-lik top yerləşir. Bu sursatlar elektron fitil və proqramlaşdırma bloku istifadə edərək hədəfin yaxınlığında partlayır və çox kiçik pilotsuz uçuş aparatlarını belə zərərsizləşdirmə ehtimalını artırmaq üçün alt sursat buludu yaradır. Bu texnologiya müasir pilotsuz uçuş aparatlarının sürəti, manevr qabiliyyəti və aşağı radar izi kimi xüsusiyyətlərini kompensasiya edə bilir.

Təsirli mənzilinin 1.000 metri aşdığı bildirilən sistem bazaların, karvanların və ya ön mövqelərin yaxın mənzilli qorunması üçün uyğundur və daha uzunmənzilli sistemlərin ya səmərəsiz, ya da yerləşdirilməsinin çox xərcli ola biləcəyi sahələrdə təsirli həll təqdim edə bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KORKUT-25   ASELSAN  


Bizi "telegram"da izləyin