Ordu.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
“Livan kampaniyasının əsas məqsədi “Hizbullah”ın silahsızlaşdırılması və şimal icmaları üçün təhlükənin hərbi və diplomatik vasitələrin birləşdirilməsi yolu ilə aradan qaldırılmasıdır”, - deyə Kats bu gün daha əvvəl Qüdsdəki Hertsl dağında yerləşən İsrailin həlak olanlarının dövlət memorial zalında keçirilən tədbirdə bildirib.
“Əgər Livan hökuməti bundan sonra da öz öhdəliklərini yerinə yetirməsə, İsrail Müdafiə Ordusu (SAXAL) bunu hərbi əməliyyatların davam etdirilməsi yolu ilə edəcək”, - deyə o əlavə edib.
Müdafiə nazirinin çıxışı Livanda on günlük atəşkəs fonunda səslənib. Həmin müddətdə İsrail ölkənin cənubunda hərbi mövcudluğunu qoruyub saxlayıb və geri qayıtmağa çalışan yüz minlərlə məcburi köçkün livanlı mülki şəxsin bəzi yaşayış məntəqələrinə girişini məhdudlaşdırıb.
Sevinc Əliyeva
Ordu.az