Gürcüstanda baş nazir müavinlərinin sayı üçə çatdırılır

2026/04/17754-1775472337.jpg
Oxunub: 416     18:43     21 Aprel 2026    
İrakli Çikovani, Maka Boçorişvili və Mamuka Mdinaradze Gürcüstanın baş nazir müavinləri vəzifələrini tutacaqlar.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə məlumat verib.

Baş nazir bildirib ki, xarici işlər naziri Maka Boçorişviliyə də baş nazirin müavini səlahiyyətləri həvalə olunacaq.

Qeyd edək ki, qərar Gürcüstan hökumətində aparılan son struktur və kadr dəyişiklikləri çərçivəsində qəbul edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Baş-nazir   Müavin  


Bizi "telegram"da izləyin