Gürcüstan hökumətində yeni vəzifə yaradılır

2025/04/1744724907.jpg
Oxunub: 388     18:22     21 Aprel 2026    
Gürcüstan hökumətində yeni vəzifə yaradılır.

Ordu.az xəbər verir ki, Gürcüstan Hökumətinin strukturuna Hüquq-mühafizə orqanlarının koordinasiyası üzrə dövlət naziri vəzifəsi əlavə olunacaq.

Bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze brifinq zamanı məlumat verib. Onun sözlərinə görə, yeni yaradılacaq vəzifəni Mamuka Mdinaradze tutacaq.

Baş nazir bildirib ki, bununla yanaşı Mamuka Mdinaradzeyə Gürcüstanın vitse-baş naziri səlahiyyətləri də həvalə ediləcək.

Qeyd edək ki, bu qərar ölkədə hüquq-mühafizə orqanları arasında koordinasiyanın daha da gücləndirilməsi məqsədi daşıyır və hökumət strukturunda aparılan son dəyişikliklərin tərkib hissəsidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Hökumət  


Bizi "telegram"da izləyin