Geka Geladze Gürcüstan DTX-nin rəhbəri vəzifəsini icra edəcək

2026/04/1776783619.jpg
Oxunub: 547     18:15     21 Aprel 2026    
Geka Geladze Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri vəzifəsini icra edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətində keçirilən brifinqdə məlumat verilib.

Baş nazir İrakli Kobaxidze bildirib ki, Geladzenin namizədliyi yaxın sessiya həftəsində təsdiq olunması üçün parlamentə təqdim ediləcək.

Məlumata görə, o bu vəzifədə Mamuka Mdinaradzeni əvəz edəcək. Mdinaradze 3 sentyabr 2025-ci ildən DTX-yə rəhbərlik edirdi.

Qeyd edək ki, Geka Geladze 28 may 2025-ci ildən Gürcüstanın daxili işlər naziri vəzifəsində çalışır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Geladze   Gürcüstan   DTX  


Bizi "telegram"da izləyin