Erməni siyasi xadim: “Ermənistanda siyasi terror davam edir”

2026/04/1776777143.jpg
Oxunub: 400     17:11     21 Aprel 2026    
“Güclü Ermənistan” partiyasına qarşı siyasi terror davam edir”.

Ordu.az xəbər verir ki, bunu “Güclü Ermənistan” partiyasının üzvü Ruben Velitsyan özünün “Facebook” səhifəsində bildirib.

O qeyd edib ki, bir neçə gün əvvəl Ermənistanın hüquq-mühafizə orqanları onun ata evində axtarış aparmışdı, bu dəfə isə partiya yoldaşlarının evlərində axtarış keçirilib.

“Valideynlərimin telefonlarını əllərindən alıb aparıblar, nəzərə almayıblar ki, onlar yaşlı insanlardır, səhhət problemləri var, rabitə vasitəsi onlar üçün zərurətdir. Mənim keçmiş kollektivimin üzvlərinin evlərində də axtarış aparılıb”, - deyə Velitsyan bildirib.

Onun sözlərinə görə, axtarışlar onun vəzifədə olduğu dövrdə həmkarlarını və dostlarını toplantılarda iştirak etməyə təhrik etməsi əsası ilə aparılıb.

“Bu, absurd janrındandır, hətta gülməlidir”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Velitsyan   Ermənistan  


Bizi "telegram"da izləyin