“Tasnim”: İran müharibənin yenidən başlamasına hazırdır və “yeni sürprizlər” hazırlayıb

2026/04/1776775308.jpg
Oxunub: 350     16:38     21 Aprel 2026    
İran hərbi əməliyyatların mümkün yenidən başlamasına tam hazırdır və müharibənin yeni mərhələsi üçün “yeni sürprizlər” hazırlayıb.

Ordu.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, son iki həftə ərzində Tehran müharibənin yenidən başlamasını demək olar ki, qaçılmaz hesab edib. Buna görə də silahlı qüvvələri yenidən yerləşdirib və zərbə hədəflərinin siyahısını yeniləyib. İran tərəfi yaranmış vəziyyətə görə məsuliyyəti Vaşinqtonun üzərinə qoyur və bildirir ki, ABŞ-nin tələbləri və dəniz mühasirəsi danışıqlar prosesinin yenidən başlanması imkanını puça çıxarıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Müharibə  


Bizi "telegram"da izləyin