Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” məlumatlı mənbələrə istinadən yazır.
Görüşdə Qəzza zolağında təchizat zəncirlərinin idarə olunması, anbar logistikası və yüklərə nəzarət sistemləri üzrə mümkün tərəfdaşlıq məsələləri müzakirə olunub.
Müzakirə olunan layihələr sırasında Qəzza zolağında və ya Misir sahillərində yeni limanın tikilməsi və zolaq ərazisində azad iqtisadi zonanın yaradılması da var. FT-nin əldə etdiyi konsepsiya layihəsinə görə, məqsəd “təhlükəsiz və nəzarət olunan təchizat sistemi” və “liman iqtisadi ekosistemi” yaratmaqdır. Mənbələrin bildirdiyinə görə, danışıqlar hələ ötən ilin sonlarında başlayıb, lakin “DP World” nümayəndəsi bu müzakirələr barədə məlumatı olmadığını deyib.
Bu təşəbbüs Fələstin ərazilərində infrastruktur və xidmətlərin özəlləşdirilməsinə yönəlmiş ABŞ-nin iddialı, lakin ciddi tənqid olunan proqramları fonunda irəli sürülür. Qəzza zolağında humanitar vəziyyət ağır olaraq qalır. İddialara görə, İsrail malların çatdırılmasını məhdudlaşdırmağa davam edir, bərpa işləri isə hələ də başlanmayıb. Avropa İttifaqı, BMT və Dünya Bankının birgə qiymətləndirməsinə görə, yaxın on il ərzində Qəzzanın bərpası üçün 71,4 milyard dollar tələb olunacaq.
Sevinc Əliyeva
Ordu.az