Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bu bəyanat Lüksemburqda Avropa İttifaqı xarici işlər nazirlərinin görüşü ərəfəsində səsləndirilib. Prevo vurğulayıb ki, o, “Hizbullah”ın ilkin hücumlarını pisləyir, lakin eyni zamanda İsrailin “qeyri-mütənasib və fasiləsiz” cavabını tənqid edib.
Nazirin izahına görə, Avropa İttifaqı ölkələri arasında fikir ayrılığı səbəbindən sazişin tam dayandırılması az ehtimallıdır, buna görə də Belçika qismən tədbirlərlə kifayətlənməyi təklif edir.
Prevo daha əvvəl də Livanda İsrailin hərəkətlərini sərt şəkildə tənqid edib. Diqqətəlayiq haldır ki, ayın əvvəlində o, diplomatik missiya ilə Beyrutda olub və Belçika səfirliyinin yaxınlığında endirilən İsrail raket zərbəsinin şahidi olub.
Sevinc Əliyeva
Ordu.az