Ordu.az xəbər verir ki, bu barədə “The Brussels Times” yazır.
Araşdırılan 28 ölkədən 23-nün vəziyyəti riskli qiymətləndirilir, onlardan 16-sı isə ən həssas ölkələr sayılır. Həmin ölkələr arasında Almaniya, Polşa, Danimarka və Böyük Britaniya da var. Bu məsələdə tam özünütəmin və suveren olan yeganə dövlət Avstriyadır. Avropa ordularına xidmət göstərən əsas texnologiya nəhəngləri isə “Microsoft”, “Google”, “Oracle” və “Amazon”dur.
Analitiklər istisna etmirlər ki, Tramp administrasiyası Amerika texnologiya nəhəngləri ilə sıx əməkdaşlıq edərək, “kill switch” adlanan mexanizmin tətbiqi ilə xidmətlərin dayandırılmasını təşəbbüs edə bilər. Diqqətçəkən məqam ondan ibarətdir ki, Fransa Senatında keçirilən dinləmələr zamanı “Microsoft”un hüquq direktoru Avropa İttifaqı məlumatlarının ABŞ hökumətinin əlçatanlığından qorunmasına zəmanət verməkdən imtina edib. Bəzi şirkətlər “suveren” bulud həlləri təklif edirlər, məsələn, “Amazon” Almaniyada məlumat emalı mərkəzi açıb, lakin FOTI qeyd edir ki, hətta bunlar da ABŞ texnologiyalarından gizli asılılığa malikdir.
Bu təhlükəyə cavab olaraq Avropa Müdafiə Agentliyi fevral ayında 2030-cu ilə qədər məlumat mübadiləsi üçün müstəqil hərbi platforma yaratmaq planını təqdim edib.
Sevinc Əliyeva
Ordu.az