Ordu.az xəbər verir ki, sistem cəbhə xəttində aylarla davam edən sınaqlardan sonra əməliyyat baxımından təsdiqlənərək istifadəyə buraxılıb.
Cəbhə xəttindən asılı olmayan idarəetmə imkanı
“Wild Hornets” tərəfindən verilən açıqlamada “Hornet Vision Ctrl” texnologiyasının operatorların fiziki mövqeyindən asılı qalmadan tapşırıq icra etməsinə imkan yaratdığı vurğulanıb.
Şirkət açıqlamasında bildirilib: “Yer idarəetmə stansiyalarına və STING önləyici pilotsuz uçuş aparatının 2000 kilometr məsafədən idarəsini təmin edən “Hornet Vision Ctrl” texnologiyasına xüsusi əhəmiyyət veririk”.
Sistem sayəsində operatorların yalnız hərbi bazalardan deyil, uyğun bağlantıya malik mülki ərazilərdən də tapşırıq icra edə bildiyi qeyd olunur.
Döyüş meydanında sınaqdan keçirilib
“Hornet Vision Ctrl” sisteminin cəbhə xəttində bir neçə ay davam edən sınaq mərhələsindən keçdiyi və bu müddətdə effektiv nəticələr verdiyi bildirilib. Əldə olunan nəticələr əsasında sistemin seriyalı paylanmasına başlanması texnologiyanın real müharibə şəraitində kifayət qədər performans göstərdiyini göstərir.
Önləyici pilotsuz uçuş aparatı konsepsiyası önə çıxır
Sistemin mərkəzində yer alan STING önləyici pilotsuz uçuş aparatı düşmən pilotsuz uçuş aparatlarını aşkar etmək, izləmək və məhv etmək məqsədilə hazırlanıb. Bu tip platformalar xüsusilə intensiv pilotsuz uçuş aparatı təhdidinə qarşı daha aşağı xərcli və genişlənə bilən həll təqdim edir.
Ənənəvi hava hücumundan müdafiə sistemlərinin yüksək xərci ilə müqayisədə önləyici pilotsuz uçuş aparatları daha çox sayda istehsal edilə və sahəyə çıxarıla bilməsi ilə seçilir.
Hava hücumundan müdafiə strukturunda transformasiya
“Hornet Vision Ctrl”un təqdim etdiyi uzun mənzilli idarəetmə qabiliyyəti hava hücumundan müdafiə vasitələrinin yerləşdirilmə formasını da dəyişir. Operatorların cəbhədən uzaq bölgələrdə işləyə bilməsi şəxsi heyətin təhlükəsizliyini artırır, eyni zamanda əməliyyat çevikliyi yaradır.
Bu yanaşma bir idarəetmə qrupunun geniş coğrafiyada bir neçə vahidi dəstəkləməsinə imkan verir.
Artan pilotsuz uçuş aparatı təhdidinə cavab
Ukraynanın bu sahəyə yatırımları Rusiyanın xüsusilə “Shahed” tipli “gəzən sursat”lar və digər pilotsuz sistemlərlə həyata keçirdiyi intensiv hücumlarla birbaşa əlaqələndirilir.
Bu inkişaflar Ukraynanı daha dayanıqlı və xərci az hava hücumundan müdafiə həlləri hazırlamağa yönəldir.
Sevinc Əliyeva
Ordu.az