Rusiyanın Ukraynaya hücumu nəticəsində 15 nəfər yaralanıb

2025/02/oil-d-1738420106.jpg
Oxunub: 379     10:08     21 Aprel 2026    
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı şəhərinə endirdiyi zərbə nəticəsində 15 nəfər xəsarət alıb.

Ordu.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" agentliyi Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorova istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, xəsarət alanlar arasında 13, 15 və 17 yaşlı uşaqlar da olub.

Qriqorov vurğulayıb ki, aprelin 21-nə keçən gecə pilotsuz uçuş aparatları ilə şəhərin yaşayış sektoruna zərbə endirilib. Çoxmərtəbəli binalar və mülki avtomobillər zədələnib. Bildirilir ki, pilotsuz uçuş aparatlarından biri müalicə müəssisəsinin ərazisinə düşüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin