Tramp İranın danışıqları davam etdirəcəyini gözləyir

2026/01/1769008045.jpg
Oxunub: 281     09:47     21 Aprel 2026    
ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın ABŞ ilə danışıqları davam etdirəcəyini gözləyir və əgər bundan imtina etsə, ciddi nəticələr barədə xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, o, razılığa nail olunacağına ümid etdiyini vurğulayıb, lakin Tehranın nüvə silahı əldə etməsi ehtimalını istisna edib.

Bundan əvvəl İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirmişdi ki, Vaşinqton ona təzyiq göstərməyə davam etdiyi müddətdə İran danışıqlar aparmayacaq və yeni güc balansı nümayiş etdirməyə hazırdır.

Aprelin 11-də İslamabadda tərəflər arasında keçirilən danışıqlar razılıqla nəticələnməyib. Müzakirələrin yeni mərhələsinin keçirilməsi ehtimalı açıq qalır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin