Ordu.az xəbər verir ki, bu barədə Seula səfəri zamanı Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib.
“Yonhap” agentliyi Qrossinin sözlərini belə sitat gətirib: “Yoxlama mexanizmləri ilə təsbit olunmayan istənilən razılaşma real qüvvədən məhrumdur və sadəcə kağız üzərində qalır. Əgər tərəflər razılığa gəlsələr, hesab edirəm ki, BAEA yoxlamalarla bağlı əməkdaşlıq müraciəti alacaq”.
“İranın çox iddialı və genişmiqyaslı nüvə proqramı var, buna görə də BAEA müfəttişlərinin iştirakı mütləq olacaq. Əks halda sizin razılaşma yox, razılaşma görüntünüz olacaq”, - deyə o əlavə edib.
“Mən danışıqlarda iştirak etmirəm və onların nəyi müzakirə etdiyini bilmirəm. Moratoriumun [İranın nüvə proqramının dayandırılmasının] müddəti texniki məsələ deyil, siyasi etimad məsələsidir”, - deyə BAEA rəhbəri bildirib.
Bundan əvvəl ABŞ mediası xəbər vermişdi ki, Pakistanda keçirilən görüş zamanı ABŞ İrana uranın zənginləşdirilməsinə 20 illik moratoriuma razılaşmağı təklif edib. “The New York Times” qəzetinin məlumatına görə, Tehran beş illik müddət təklif edib.
Aprelin 14-də ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Volts bildirib ki, ABŞ İranın nüvə proqramını tamamilə dayandırmasında israr edir.
Sevinc Əliyeva
Ordu.az