WSJ: Avropa Trampın təhdidləri fonunda “Avropa NATO-su”nun yaradılmasını müzakirə edir

2026/04/1776095386.jpg
Oxunub: 306     15:49     15 Aprel 2026    
Avropa ölkələri ABŞ-nin alyansdan mümkün çıxışı halında “Avropa NATO-su” adlandırılan strukturun yaradılması planı ətrafında müzakirələri fəallaşdırıblar.

Ordu.az xəbər verir ki, bu barəfə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin məlumatına görə, təşəbbüs NATO-nun mövcud strukturlarını qoruyub saxlamağı, lakin ABŞ-dən asılı olmadan müdafiənin idarə olunması və təmin edilməsində Avropa ölkələrinin rolunu gücləndirməyi nəzərdə tutur.

Bildirilir ki, plan daha əvvəl Avropanın müdafiə muxtariyyətinin artırılmasına qarşı çıxan Almaniyadan əlavə təkan alıb. Bu da Böyük Britaniya, Fransa, Polşa, Skandinaviya ölkələri və Kanadanın iştirakı ilə daha geniş konsensusun formalaşmasına kömək edib.

Hazırda ABŞ iştirakının azalacağı halda hava hücumundan müdafiə komandanlığından başlayaraq logistika və hərbi təlimlərə qədər praktiki məsələlər müzakirə olunur.

Avropa vurğulayır ki, təşəbbüsün məqsədi NATO-nu əvəz etmək deyil, onun dayanıqlığını təmin etmək və ABŞ siyasətində mümkün dəyişikliklər şəraitində Rusiyanı çəkindirməkdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   NATO  


Bizi "telegram"da izləyin