ABŞ İranla əlaqələrə görə Çin, BƏƏ və Oman banklarına sanksiya tətbiq etməklə hədələyir

2026/03/1774464934.jpg
Oxunub: 332     12:14     15 Aprel 2026    
ABŞ Dövlət Departamenti Çin, Honkonq, Birləşmiş Ərəb Əmirlikləri və Oman maliyyə qurumlarına xəbərdarlıq məktubları göndərib.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Vaşinqton bu məktublarda İranla biznes aparılmasının riskləri və mümkün ikinci dərəcəli sanksiyalar barədə xəbərdarlıq edib.

ABŞ qurumunun məlumatına görə, 2024-cü ildə İran ABŞ-nin müxbir hesabları vasitəsilə azı 9 milyard dollar dövriyyə həyata keçirib.

Bunun üçün əsasən Honkonq və BƏƏ-də qeydiyyatdan keçmiş saxta şirkətlərdən istifadə olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin