“Bloomberg”: ABŞ rus neftinə qarşı sanksiyaları bərpa edib

2025/06/1751281717.jpg
Oxunub: 326     10:20     15 Aprel 2026    
ABŞ Prezidenti Donald Trampın administrasiyası rus neftinin tankerlərlə daşınmasına imkan verən müvəqqəti sanksiya yumşaldılmasını uzatmayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bu qərar 2026-cı il martın 12-dək qüvvədə olan güzəştin başa çatması ilə əlaqədardır. Həmin tədbir Yaxın Şərqdə müharibə fonunda enerji bazarındakı gərginliyi azaltmaq məqsədilə tətbiq edilmişdi.

İranın Hörmüz boğazını bağlaması nəticəsində dünya üzrə gündəlik neft ixracı təxminən 13 milyon barel azalıb və qiymətlər bir barel üçün 100 dollardan yuxarı qalxıb.

Bu şəraitdə Ağ Ev qlobal təchizatı artırmaq üçün Rusiya və İrana qarşı sanksiyaları müvəqqəti yumşaltmışdı. Lakin ABŞ Maliyyə Nazirliyi artıq bu güzəştlərin uzadılmayacağını bəyan edib.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Rusiyanın neft və neft məhsulları ixracından gəlirləri 2026-cı ilin martında 19 milyard dollara çatıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin