İspaniyanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib

2026/04/1776077485.jpg
Oxunub: 336     14:06     13 Aprel 2026    
İspaniyanın Tehrandakı səfirliyinin fəaliyyəti bərpa olunub.

Ordu.az-ın məlumatına görə, bu barədə diplomatik nümayəndəliyin mətbuat xidməti "X" hesabında bildirib.

"Səfir Antonio Sançes-Benedito Qaspar diplomatik komanda və yerli əməkdaşlarla birlikdə sülhü dəstəkləmək öhdəliyi ilə fəaliyyətini bərpa edir", - diplomatik missiyadan qeyd ediblər.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares aprelin 9-da Tehrandakı səfirliyi bərpa etmək niyyətini açıqlayıb.

Qərar Donald Trampın elan etdiyi atəşkəsdən sonra qəbul edilib. İspaniya diplomatları ABŞ və İsrailin hərbi əməliyyatı başladıqdan sonra İran paytaxtından təxliyə edilmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   İran  


Bizi "telegram"da izləyin