Ordu.az xəbər verir ki, bu barədə Emmanuel Makron “X” hesabında bildirib.
Planlaşdırılan missiya sırf müdafiə xarakteri daşıyacaq və münaqişə tərəfləri ilə heç bir əlaqəsi olmayacaq. Sülhməramlıların yerləşdirilməsi yalnız müharibədən sonrakı mərhələdə nəzərdə tutulur. Makronun sözlərinə görə, davamlı sülh üçün İranın raket və nüvə proqramları ilə bağlı problemlər də həll olunmalıdır.
Bu bəyanat İslamabad danışıqlarının uğursuzluğa düçar olması və ABŞ-nin İran limanlarının blokadasını elan etməsi fonunda səsləndirilib. Bu blokada bu gün, 2026-cı il aprelin 13-də qüvvəyə minib.
Sevinc Əliyeva
Ordu.az