İsrail PUA-sı Livan Qırmızı Xaç briqadasına zərbə endirib, bir nəfər ölüb

2026/03/1772716761.jpg
Oxunub: 380     14:09     13 Aprel 2026    
İsrailə məxsus pilotsuz uçuş aparatı Bint Cbeyl bölgəsində humanitar missiya həyata keçirən Livan Qırmızı Xaç briqadasına zərbə endirib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Zərbə nəticəsində feldşer Həsən Badavi həlak olub, daha bir tibb işçisi yaralanaraq xəstəxanaya çatdırılıb.

Təşkilatdan bildirilib ki, hərəkətə başlamazdan əvvəl BMT-nin sülhməramlı qüvvələri ilə əlaqə yaradılıb və təhlükəsiz marşrut üzrə hərəkət üçün bütün addımlar razılaşdırılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin