“Bloomberg”: Səudiyyə Ərəbistanı Çinə tədarük olunan neft həcmlərini yarıya qədər azaldacaq

2026/04/1776075077.jpg
Oxunub: 369     14:08     13 Aprel 2026    
Yaxın Şərqdə davam edən müharibə fonunda Səudiyyə Ərəbistanı Çinə tədarük etdiyi neft həcmlərini yarıya qədər azaldır.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” treyderlərə istinadən məlumat yayıb.

dünyanın ən böyük ixracatçısı may ayında Çin alıcılarına təxminən 20 milyon barel neft tədarük edəcək, bu isə aprel ayında təxminən 40 milyon barel olub. Müharibə tədarük axınlarında ciddi dəyişikliklərə və qiymətlərin artmasına səbəb olur.

Bundan əvvəl “Saudi Aramco” artıq Asiya üçün may tədarüklərinin qiymətlərini rekord səviyyəyə çatdırmışdı. Vəziyyət İslamabadda ABŞ ilə İran arasında danışıqların uğursuzluğa düçar olması, həmçinin Trampın Hörmüz boğazının blokadası ilə bağlı bəyanatı fonunda daha da kəskinləşib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   Çin  


Bizi "telegram"da izləyin