Ordu.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.
2027-ci maliyyə ili üçün büdcə layihəsində bu məqsədlə 1,92 milyard dollar tələb olunub ki, bu da 2026-cı il üçün ayrılmış vəsaiti (546 milyon dollar) demək olar dörd dəfə üstələyir. Bu barədə “RIA Novosti”nin tanış olduğu Pentaqonun büdcə sənədləri sübut edir.
“PrSM” raketləri köhnələn ATACMS-ləri əvəz etmək üçün hazırlanıb və daha böyük mənzilə, eləcə də daha yüksək dəqiqliyə malikdir. Onlardan döyüş şəraitində ilk dəfə cəmi bir ay əvvəl İrana qarşı həyata keçirilən əməliyyat zamanı istifadə olunub. Mart ayında Pentaqon və “Lockheed Martin” bu raketlərin istehsalının dörd dəfə artırılması ilə bağlı saziş imzalayıblar.
Sevinc Əliyeva
Ordu.az