Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Nəşr qeyd edib ki, İran ABŞ-nin iki əsas tələbini, yəni nüvə proqramından imtina və Hörmüz boğazının açılması tələblrini qəti şəkildə rədd edib. Trampın ABŞ hərbi gücünün rəqibləri onun iradəsinə tabe olmağa məcbur edəcəyi ilə bağlı tezisi işləməyib.
“Hərbi əməliyyatların daha da genişlənməsi qlobal iqtisadiyyata ağır zərbə vurulması təhlükəsi yaradır. Neftin qiyməti artıq kəskin artaraq 8% yüksəlib və bir barel üçün 104 dollara çatıb. Bundan əlavə, bu, regionda ABŞ-nin müttəfiqlərinə qarşı cavab addımlarına səbəb ola bilər. Eyni zamanda, münaqişədən “qalib” obrazında çıxmaq cəhdi Vaşinqtonun nüfuzuna zərbə vuracaq, çünki əslində İran Hörmüz boğazına nəzarəti davam etdirir və zənginləşdirilmiş uranın bütün ehtiyatlarını qoruyub saxlayır.
Aprelin 11-də keçirilən danışıqları ABŞ-nin vitse-prezidenti Cey Di Vens və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf aparıblar. Tərəflər münaqişənin nizamlanması ilə bağlı razılığa gələ bilməyiblər. Mümkün yeni mərhələ ilə bağlı təfərrüatlar hələlik məlum deyil”, - deyə nəşr bildirib.
Sevinc Əliyeva
Ordu.az