Ordu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“Hörmüz boğazının açılması məsələsində bizim mövqeyimiz budur ki, o, sülh yolu ilə, diplomatik alətlərlə açılmalıdır. Beynəlxalq silahlı sülhməramlı qüvvələrin köməyi ilə bu vəziyyətə müdaxilə etmək son dərəcə böyük çətinliklər yarada bilər”, - deyə Fidan “Anadolu” agentliyinə müsahibəsində bildirib.
O əlavə edib ki, boğazın üç-dörd həftə ərzində açılması ilə bağlı problem görmür. “Əsas məsələ boğazdan gəmilərin keçidi ilə bağlı qaydaların necə olacağıdır, - deyə Fidan qeyd edib.
Sevinc Əliyeva
Ordu.az