İsrail ordusu Livanın cənubunda “Hizbullah”a məxsus yeraltı marşrutun məhv edildiyini bildirib

2026/04/1775994680.jpg
Oxunub: 303     12:54     13 Aprel 2026    
İsrail ordusu qüvvələrinin Livanın cənubunda “Hizbullah” tərəfindən istifadə edilən yeraltı marşrutu məhv etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Hərbi sözçü Aviçay Adraei “X” sosial şəbəkəsində paylaşımında bildirib ki, 7-ci briqadanın bölmələri elit mühəndis bölməsi Yahalom ilə birlikdə ərazidə davam edən quru əməliyyatları çərçivəsində bu əməliyyatı həyata keçirib.

Onun sözlərinə görə, qüvvələr yeraltı keçidi aşkar edib, təmizləyib və daha sonra məhv edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin