Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşrinə məlumatlı mənbələr bildiriblər.
Onların sözlərinə görə, bu, aprelin 11-i İslamabadda ABŞ ilə İran arasında danışıqların uğursuzluğa düçar olmasından sonra Ağ Evdə müzakirə edilən ssenarilərdən biridir. Alternativ variant kimi genişmiqyaslı hücum da nəzərdən keçirilir, lakin nəşrin qeyd etdiyinə görə, bu variant az ehtimallıdır, çünki Tramp müharibəni uzatmaq və regionu sabitsizləşdirmək istəmir.
Bundan əlavə, WSJ-nin məlumatına görə, Hörmüz boğazının blokadası zamanı ABŞ müttəfiqlərinə təzyiq göstərməyi planlaşdırır ki, onlar dəniz yolu ilə gəmilərin təhlükəsiz keçidinin təmin olunmasını öz üzərlərinə götürsünlər. Eyni zamanda nəşrin mənbələri vurğulayıblar ki, mümkün hərbi əməliyyatlara baxmayaraq, Tramp hələ də münaqişənin diplomatik həllinə sadiqdir. Ağ Ev nümayəndələri bildiriblər ki, prezident İrana təzyiq göstərmək üçün “bütün əlavə imkanları nəzərdən keçirir”.
Sevinc Əliyeva
Ordu.az