“Hizbullah”: Livan ordusu hərəkatın silahsızlaşdırılmasında iştirak etməyəcək

2026/03/1772716761.jpg
Oxunub: 345     12:24     13 Aprel 2026    
Livan ordusu “Hizbullah”ın silahsızlaşdırılması prosesinə cəlb olunmağa hazırlaşmır.

Ordu.az xəbər verir ki, bu barədə hərəkatın siyasi şurası sədrinin müavini Mahmud Komati “RIA Novosti”yə müsahibəsində bildirib.

Onun iddiasına görə, nə Livanda, nə də ölkədən kənarda “Hizbullah”ı silahsızlaşdıra biləcək hər hansı qüvvə yoxdur. “Bu, sadəcə qeyri-mümkün bir məsələdir”, - deyə o bildirib və əlavə edib ki, ölkə ordusu bu məsələdə hökumətdən daha ehtiyatlı davranır.

Onun məlumatına görə, ordunun komandanı nazirlər kabinetinin iclası zamanı nazirlərə birbaşa xəbərdarlıq edib ki, silahsızlaşdırma barədə qərar “yalnız kağız üzərində qalacaq sözlərdir” və Livanda bunu heç kəs həyata keçirə bilməz.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   Livan  


Bizi "telegram"da izləyin