Mask Sorosu Macarıstanı “ələ keçirməkdə” ittiham edib

2026/04/1776065548.jpg
Oxunub: 452     11:31     13 Aprel 2026    
Amerikalı milyader İlon Mask bildirib ki, Corc Sorosun təşkilatı Macarıstanda hakimiyyəti ələ keçirib.

Ordu.az xəbər verir ki, Mask bu fikri “X” sosial şəbəkəsində aprelin 12-də keçirilmiş parlament seçkilərində müxalif “Tisa” partiyasının qələbəsinə münasibət bildirərkən səsləndirib.

Maskın şərhinə səbəb maliyyəçinin oğlu Aleks Sorosun paylaşımı olub. O, paylaşımında “Macar xalqı öz ölkəsini geri qaytardı” yazmışdı.

Xatırladaq ki, “Tisa” partiyası ölkənin birpalatalı parlamentində 199 yerdən 138-ni qazanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mask   Soros  


Bizi "telegram"da izləyin