Ordu.az xəbər verir ki, bu barədə 2026-cı il aprelin 13-də “9News” televiziya kanalının efirində Avstraliyanın baş naziri Entoni Albanize bildirib.
O, Avstraliyanın danışıqların bərpasının tərəfdarı olduğunu, Yaxın Şərqdə insan itkilərinin və mülki infrastrukturun dağıdılmasının dayandırılmasını istədiyini qeyd edib.
Bundan əlavə, Albanize bildirib ki, Kanberra mümkün qədər tez ticarət əlaqələrinin bərpasına ümid edir. Onun sözlərinə görə, yaranmış vəziyyət artıq qlobal iqtisadiyyata ciddi təsir göstərir və bu, təkcə Avstraliyaya deyil, digər ölkələrə də ziyan vurur.
O vurğulayıb ki, bu münaqişə dünya üzrə inflyasiya təzyiqlərini artırır. Baş nazir ümid etdiyini bildirib ki, böhran tezliklə həll olunacaq və mümkün nəticələr nəzərə alınmaqla balanslaşdırılmış qərarlar qəbul ediləcək.
Sevinc Əliyeva
Ordu.az