Ordu.az bazar ertəsi gecə Yaxın Şərqdə baş vermiş əsas hadisələrin qısa icmalını təqdim edib.
İranın xarici işlər naziri Abbas Araqçi İslamabadda danışıqların uğursuzluğuna görə Vaşinqtonu ittiham edib.
Öz növbəsində İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, ölkəsi ABŞ təhdidlərinə boyun əymir və “rəqiblərinə daha ciddi dərs verməyə” hazırdır.
“The Wall Street Journal” yazıb ki, danışıqların uğursuzluğundan sonra İrana qarşı ABŞ-nin dəqiq zərbələri müzakirə olunur.
Yaxın Şərqdə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bazar ertəsi günorta saatlarında İran limanlarına daxil olan və ya oradan çıxan bütün gəmilərin hərəkətini bloklamağa başlayacaq.
Sevinc Əliyeva
Ordu.az