Zelenski seçkilərdə Orbanın məğlubiyyətinə sevinib

2026/02/1771950035.jpg
Oxunub: 364     09:21     13 Aprel 2026    
Ukrayna prezidenti Vladimir Zelenski Peter Macarı və “Tisa” (TISZA) partiyasını inandırıcı qələbə münasibətilə təbrik edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“O zaman vacibdir ki, konstruktiv yanaşma qalib gəlsin. Ukrayna həmişə Avropada hamı ilə mehriban qonşuluq münasibətlərinə can atıb və Macarıstanla əməkdaşlığı inkişaf etdirməyə hazırıq.

Avropa və hər bir Avropa dövləti daha güclü olmalıdır və milyonlarla avropalı əməkdaşlığa və sabitliyə can atır.

Biz görüşlərə və iki xalqın mənafeyi, eləcə də Avropada sülh, təhlükəsizlik və sabitlik naminə birgə konstruktiv işə hazırıq”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Orban  


Bizi "telegram"da izləyin