İrlandiyada bir kişi balta ilə ABŞ-nin hərbi təyyarəsinə hücum edib

2026/04/1775928754.jpg
Oxunub: 407     21:04     11 Aprel 2026    
Bu gün səhər İrlandiyanın Şennon Hava Limanında bir kişi Amerika hərbi təyyarəsinin qanadına çıxaraq gövdə və qanadı balta ilə zədələməyə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə yerli "TheJournal" saytı məlumat yayıb.

"Kişi hava limanının uzaq yönləndirmə yolunda park edilmiş ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "C130 Hercules" hərbi nəqliyyat təyyarəsinin yanında görülüb", - məlumatda bildirilib.

Hadisə yerinə hava limanının polis əməkdaşları və yanğın-xilasetmə xidməti, eləcə də polis və İrlandiya Müdafiə Qüvvələrinin hərbi qulluqçuları cəlb olunub.

Qeyd edilib ki, şübhəli şəxs saxlanılıb. Mənbələrdən birinin sözlərinə görə, hava gəmisi ciddi zədələr alıb.

Təhlükəsizlik tədbirlərinin pozulmasından sonra hava limanı təxminən 30 dəqiqə bağlı qalıb. Hazırda onun fəaliyyəti bərpa olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrlandiya   ABŞ  


Bizi "telegram"da izləyin