Ordu.az xəbər verir ki, gecikmələrlə gündəmə gələn layihə üzrə istehsalın tam gücə çatdığı bildirilib.
Tayvan administrasiyasına təhvil verilməsi planlaşdırılan F-16V döyüş təyyarələrinin bu ildən etibarən göndərilməyə başlanacağı qeyd olunub. Tayvan administrasiyasının Müdafiə Nazirliyinin ABŞ səfərindən sonra yaydığı açıqlamada istehsalın tam güclə davam etdiyi vurğulanıb.
Daha əvvəl müxtəlif səbəblərlə gecikən təhvil prosesinin Tayvan administrasiyasının təhlükəsizlik planlamasında ciddi boşluq yaratdığı bildirilirdi. Yeni açıqlama ilə birlikdə prosesin sürətlənəcəyi qeyd edilib.
ABŞ-nin 2019-cu ildə Tayvana təxminən 8 milyard dollar dəyərində F-16 satışına razılıq verdiyi və bu razılaşmanın ölkənin hava gücünü əhəmiyyətli dərəcədə artırmağı hədəflədiyi bildirilib.
Təhvil prosesi sürətlənir
Rəsmilərin ABŞ-də istehsal xəttini ziyarət etdiyi və ilk təyyarələrin hazır olduğunu gördüyü qeyd olunub. Açıqlamada istehsalda hissə və ya işçi qüvvəsi çatışmazlığının olmadığı və prosesin iki növbə əsasında davam etdiyi bildirilib.
“Lockheed Martin” tərəfindən verilən açıqlamada Tayvan administrasiyasının təhlükəsizlik hədəflərini dəstəkləməkdə qətiyyətli olduqları vurğulanıb. Şirkətin təhvil prosesini mümkün olan ən qısa müddətdə həyata keçirmək üçün ABŞ hökuməti ilə koordinasiyalı şəkildə çalışdığı qeyd edilib.
Yeni model olan F-16V təyyarələrinin tam hazır vəziyyətə gətirilməsi üçün sınaq uçuşlarının davam etdiyi və sistemlərin dəqiq şəkildə tənzimləndiyi bildirilib.
Tayvan administrasiyasının Çin ilə gərginliyin artdığı bir dövrdə bu təhvilə böyük əhəmiyyət verdiyi qeyd olunur.
Tayvan administrasiyasının hazırda köhnə model F-16 təyyarələrini modernləşdirdiyi və yeni sifarişlərlə birlikdə parkını əhəmiyyətli dərəcədə genişləndirməyi hədəflədiyi bildirilib.
Bundan əlavə Tayvan administrasiyasının ABŞ-dən sifariş etdiyi “SkyGuardian” pilotsuz uçuş aparatlarının ilk partiyasını qəbul etdiyi, qalanlarının isə gələn il göndəriləcəyi qeyd olunub.
Bu inkişafların Tayvan administrasiyasının hava hücumundan müdafiə imkanlarını gücləndirməyə yönəlmiş addımların bir hissəsi olduğu qiymətləndirilir.
Sevinc Əliyeva
Ordu.az