Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, iki ölkənin nümayəndə heyətləri Pakistanın paytaxtında “birbaşa dialoq aparır”.
Daha əvvəl bildirildiyi kimi, İslamabadda danışıqlar həm birbaşa, həm də vasitəçilər vasitəsilə iki formatda keçirilə bilər. İran tərəfi görüşlərin daha bir gün uzadıla biləcəyini istisna etmir. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Onun məlumatına görə, İran və ABŞ nümayəndə heyətləri “detalların müzakirəsinə və bir sıra məsələlər üzrə texniki mübahisələrə keçiblər”.
Sevinc Əliyeva
Ordu.az