Nizar Amidi İraqın yeni prezidenti olub

2026/04/1775922384.jpg
Oxunub: 352     18:58     11 Aprel 2026    
İraqda prezident seçkilərində səsvermənin ikinci turunda Kürdüstan Vətənpərvərlər İttifaqının rəsmi namizədi Nizar Amidi qələbə qazanıb.

Ordu.az "Tasnim News"a istinadən xəbər verir ki, ikinci turda 249 deputat səs verib.

Qeyd olunub ki, Amidinin əsas rəqibi "Kürd İslam İttifaqı" Partiyasının üzvü Müsənna Əmin olub.

Daha əvvəl İraqın hazırkı prezidenti Əbdüllətif Rəşid seçkilərində iştirakdan imtina edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Prezident  


Bizi "telegram"da izləyin